AZ

Pakistan və Əfqanıstan arasında müharibə: Gərginlik artdı – VİDEO

Pakistan və Əfqanıstan arasında gərginlik artmaqda davam edir. Son məlumatlara görə, Pakistan Hərbi Hava Qüvvələri Əfqanıstan ordusunun mövqelərinə zərbələr endirməyi davam etdirir.

NOCOMMENT.az xəbər verir ki, Pakistan ordusunun yaydığı məlumata əsasən, döyüşlər zamanı 133 əfqan hərbçisi həlak olub, 200-dən çox hərbçi isə yaralanıb. Bildirilir ki, Pakistan ordusu 27 hərbi postu tamamilə məhv edib, eyni zamanda Əfqanıstan qüvvələrinə məxsus 9 postu ələ keçirib.

Məlumata görə, Əfqanıstan Silahlı Qüvvələrinə məxsus 50-dən çox tank, artilleriya qurğusu və zirehli transportyor sıradan çıxarılıb. Uğursuz hücum cəhdindən sonra onlarla əfqan hərbçisinin əsir götürüldüyü bildirilir.

Son hava zərbələri nəticəsində Kabildə iki briqada qərargahının məhv edildiyi qeyd olunur. Qəndəhar şəhərində həyata keçirilən aviazərbə zamanı isə korpus qərargahı və briqada qərargahının dağıdıldığı, həmçinin sursat anbarı və maddi-texniki təminat bazasının tamamilə məhv edildiyi açıqlanıb.

Bundan əlavə, Pakistan Hərbi Hava Qüvvələrinin Əfqanıstanın Nangarhar vilayətində yerləşən iri sursat anbarını da məhv etdiyi bildirilir. Pakistan qüvvələrinin Cənubi Vəziristanla üzbəüz yerləşən Pəktiya bölgəsində beş əfqan postunu ələ keçirdiyi və həmin ərazilərdə Pakistan bayrağının qaldırıldığı vurğulanır.

Eyni zamanda, Pakistan ordusunun Anqur-Adda sərhəd məntəqəsində yerləşən əfqan terminalını məhv etdiyi, həmçinin Pakistan-Əfqanıstan sərhədində yerləşən Xost bölgəsində talibanlara məxsus bir neçə mühüm postun tamamilə dağıdıldığı qeyd edilir.

Sara

Seçilən
23
nocomment.az

1Mənbələr