Parlamentin bu gün keçirilən plenar iclasında vitse-spiker Rafael Hüseynov təklif edib ki, Milli Məclisin adı dəyişdirilməldir. O vurğulayıb ki, bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, parlament deputatlar üçün fikir və təkliflərin ifadə olunması üçün platformadır:

"Bu baxımdan deputat fikir ifadə etməkdə azaddır. Amma bu o demək deyil ki, səsləndirilən bütün fikirlər düzdür və mütləq elə olmalıdır. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram və subyektiv fikrim Milli Məclisin adnın elə olduğu kimi yazılmasını daha doğru hesab edirəm".
Aydın Mirzəzadə isə bildirdi ki, Milli Məclis adı dünyanın bir çox ölkələrində qəbul edilmiş parlament adıdır:

"Ali qanunverici orqanlar məhz bu formada adlandırılır. Bu baxımdan, Azərbaycanda artıq 35 ildən çoxdur istifadə olunan parlament adını məqbul hesab edirəm".
Nuriyyə NATİQQIZI