AZ

Azərbaycan bu ölkəyə yeni səfir təyin etdi

Elmar Eldar oğlu Məmmədov Azərbaycanın Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, bu vəzifə ötən ilin sentyabr ayından səfir Hüseyn Hüseynovun geri çağrılması ilə boş idi.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın həyat yoldaşı olan H.Hüseynov ən son səfirlikdə katibəsi olan Mariya Boteva ilə sevgi münasibətləri və ondan nigahdankənar uşaq dünyaya gətirməsi iddiaları ilə gündəmə gəlmişdi. Həmin hadisədən sonra o, səfəri vəzifəsindən geri çağırılıb. 


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr