AZ

YAP Gəncə şəhər təşkilatı “Tariximizin həqiqətləri” adlı yarış keçirdi - FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatı Xocalı soyqırımının 34-cü ildönümünə həsr edilmiş “Tariximizin həqiqətləri” adlı elmi-intellektual yarış keçirib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə, ərazi partiya təşkilatlarının sədrləri Cavid Bağırzadə, Azad Bayramov çıxış edərək bildiriblər ki, Vətən müharibəsində Azərbaycan Ordusu ermənilərin törətdikləri cinayətlərin, eyni zamanda Xocalı faciəsinin qisasını döyüş meydanında aldı. Azərbaycan xalqının qanına susamış hərbi cinayətkarlar bu gün dövlətimiz tərəfindən ədalət məhkəməsi qarşısında cavab verirlər.

Qeyd edək ki, yarışda Gəncə Dövlət Universitinin komandası I yerə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin komandası II yerə, 1 saylı Gəncə Regional “ASAN xidmət” mərkəzinin komandası isə III yerə layiq görülüb.

Sonda qalib komandaya kubok, II və III yerə layiq görülənlərə diplomlar, iştirakçılara isə sertifikat təqdim edilib.

Seçilən
13
1
unikal.az

2Mənbələr