Bakı, 27 fevral, AZƏRTAC
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı “Bakı–Xankəndi” veloturuna qatılacaq komandaların sayı artıb.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, iştirakçıların siyahısına Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata - GUAM-a üzv ölkələrin kontinental komandası əlavə olunub.
Bununla da turnirdə çıxış edəcək komandaların sayı 20 ölkədən 1 Dünya Turu, 7 Pro-Tur, 16 kontinental komanda və Azərbaycan yığması olmaqla 25-ə yüksəlib.
Qeyd edək ki, yarış mayın 10-14-də təşkil olunacaq.