AZ

"Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac yoxdur" - Qulamhüseyn Əlibəyli

"Hesab edirəm ki, “Milli Məclis” adı həmin orqanın səlahiyyətini və idarəçilik mahiyyətini kifayət qədər aydın şəkildə ifadə edir. Ona görə də adın dəyişdirilməsi o qədər də məqsədəuyğun sayılmır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında keçmiş deputat Qulamhüseyn Əlibəyli vitse-spiker Rafael Hüseynovun Milli Məclisin adının dəyişdirilib "Millət Məclisi" qoyulması ilə bağlı təklifinə münasibət bildərərkən dedi.

O əlavə etdi ki, “milli” sözü iki məna daşıyır:

"Bir tərəfdən konkret olaraq hansısa millətə mənsub olmanı ifadə edir. Digər tərəfdən isə beynəlxalq praktikada daha çox dövlət mənasında işlədilir. Azərbaycanda çoxsaylı millətlər və etnik qruplar yaşayır. Milli Məclis adlanan qurumda da müxtəlif etnik qrupların nümayəndələri təmsil olunur. Burada “milli” ifadəsi konkret bir etnosu deyil, dövlət mənasında hamını birləşdirən anlayışı ifadə edir. Əgər “Millət Məclisi” formasında işlədilərsə, bu, artıq konkret bir millətin parlamenti kimi başa düşülə bilər. Bu isə anlayış baxımından fərqli məna yarada bilər. Ona görə hesab edirəm ki, adın dəyişdirilməsinə xüsusi ehtiyac yoxdur. Bununla belə, təklif vermək hər bir deputatın hüququdur və belə təşəbbüslər irəli sürülə bilər".

Nuriyyə NATİQQIZI

Seçilən
11
1
redaktor.az

2Mənbələr