AZ

Bəhreyn Krallığında səfir təyin edilən Cavidan Hüseynov kimdir? - DOSYE

Bəhreyn
Xəbər verdiyimiz kimi, İlham Əliyevin sərəncamı ilə Cavidan Rizvan oğlu Hüseynov Azərbaycan Respublikasının Bəhreyn Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. 1news.az səfir təyin edilən Cavidan Hüseynovun dosyesini təqdim edir:
Cavidan Rizvan oğlu Hüseynov 1 aprel 1972-ci ildə Bakı şəhərində anadan olub. 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2007-ci ildə hüquq elmləri namizədi elmi dərəcəsi alıb. Əmək fəaliyyətinə 1994-cü ildə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsində referent kimi başlayıb. 1999–2000-ci illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində attaşe, 2000–2003-cü illərdə üçüncü katib, 2003–2004-cü illərdə ikinci katib vəzifələrində çalışıb. 2004–2006-cı illərdə Konsulluq İdarəsində şöbə müdiri olub. 2006-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyində şöbə müdiri – birinci katib vəzifəsində fəaliyyət göstərib. 2006–2010-cu illərdə Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsində müşavir, 2010–2018-ci illərdə isə həmin idarənin rəis müavini vəzifəsində çalışıb. 2018-ci ildə ona ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib. 2018-ci ildən etibarən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsini icra edib.

Ailəlidir, üç övladı var.

Seçilən
26
9
1news.az

10Mənbələr