AZ

AzTV ilə bağlı növbəti iddia: Xəbərlərin ingilis və rus redaksiyaları bağlanıb?

Son günlər televiziya qurumlarından birində mümkün struktur dəyişikliklərinin aparılacağı ilə bağlı məlumatlar yayılıb. İddialara görə, bəzi redaksiyaların fəaliyyəti dayandırılıb. Söhbət xüsusilə xarici auditoriyaya yönəlmiş ingilis və rus dilli xəbər bölmələrindən gedir.

KONKRET.az-ın redaksiyasına daxil olan məlumata görə, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) ingilis və rus dillərində fəaliyyət göstərən xəbər redaksiyaları ləğv edilib. Bu addımın hansı səbəbdən atıldığı məlum deyil.

Məsələni dəqiqləşdirmək məqsədilə AzTV ilə əlaqə saxladıq. Lakin qurumun aidiyyəti strukturları zənglərimizə cavab vermədi və məlumatla bağlı rəsmi mövqe öyrənmək mümkün olmadı.

Yayılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Natiq Səlim
KONKRET.az

Seçilən
11
2
konkret.az

3Mənbələr