Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur, xırda təkanlar yenidən gözlənilir.BUTA.TV xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib. O bildirib ki, enerji tam boşalıb fon səviyyəsinə gələnədək xırda təkanlar olmalıdır. "Zəlzələnin daha güclü olma ehtimalına inanmıram. Bakı, Sumqayıt ətrafında isə zəlzələ gözlənilmir". Qeyd edək ki, bu gün Şamaxıda 5 bala yaxın zəlzələ qeydə alınıb.