AZ

Ermənistan Təhlükəsizlik Şurası ölkəyə qarşı hibrid təhdidlər və orduda islahatlar prosesini müzakirə etdi

BAKI, 27 fevral. TELEQRAF

Təhlükəsizlik Şurası Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Ermənistana qarşı hibrid təhdidlərə qarşı mübarizə məsələsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurası bəyanat yayıb.

İclasda Prezident Vaaqn Xaçaturyan və parlamentin sədri Alen Simonyan da iştirak edib.

Sessiya zamanı ErmənistanSilahlı Qüvvələrində islahatlar prosesi, ölkəyə qarşı istifadə edilən hibrid təhdidlərə qarşı mübarizə tədbirləri, eləcə də sosial şəbəkələr də daxil olmaqla onlayn platformalarda uşaqların qorunması ilə bağlı məsələlər müzakirə olunub.

Seçilən
9
teleqraf.com

1Mənbələr