AZ

Aydın Mirzəzadə: “Böyük Britaniya Parlamentindəki dinləmələr Azərbaycana siyasi təzyiq vasitəsidir”

“Böyük Britaniya Parlamentində dinləmələr qərəzlidir. Torpaqlarımız 30 il Ermənistanın işğal altında olanda nədənsə Böyük Britaniya Parlamenti belə dinləmələr keçirmirdi, Azərbaycan torpaqlarından qoşunların çıxarılmasını Ermənistandan tələb etmirdi. İşğal altında olan ərazilərdə məscidlərimiz, orta məktəblər, mədəniyyət ocaqları sökülüb materialları Ermənistana daşınanda bu dinləmələr təşkil edilmirdi”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

 

O bildirib ki, bu dinləmələr Azərbaycana siyasi təzyiq vasitəsidir: “Birincisi Qarabağ qədim Azərbaycan torpağıdır. Burada ilk növbədə Azərbaycanın qədim tarixi, irsi var. Erməni işğalçıları 30 il ərzində süni surətdə orada irs yaratmağa çalışdılar. O heç zaman Azərbaycan ərazisində qala bilməz. Digər tərəfdən, doğurdan da, bu irs maraqlandırırsa, o zaman parlamentarilər Azərbaycana gəlsinlər. Burada yerindəcə gözləri ilə görsünlər. Yoxsa bir neçə nəfər, erməni diasporunun maddi dəstəyi ilə belə tədbirlər keçirib Azərbaycanı nədəsə ittiham etməyin heç bir əsası yoxdur”.

 

Qeyd: Böyük Britaniya Parlamentinin İcmalar Palatasında Azərbaycanla bağlı “Keçmişin silinməsi: Mədəni irsin məhv edilməsi” adlı dinləmələr keçirilib. Qarabağda guya “erməni irsinin məhv edilməsi” ilə bağlı iddialar müzakirə olunub.

 

Şəhanə Quliyeva

Tarix: 27 Fevral 2026, 16:35   
Seçilən
11
pravda.az

1Mənbələr