AZ

Ukraynanın bu şəhərində Rusiya ilə müvəqqəti atəşkəs razılaşdırıldı

Bakı. Trend:

Ukraynanın Enerhodar şəhərində yerləşən Zaporojye Atom ElektrikStansiyası üçün 330 kV-luq ehtiyat elektrik təchizatı sistemininbərpası üçün lokal xarakterli atəşkəs elan olunub.

Trend xəbər verirki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoruməlumat verib.

“Təmir briqadalarının təhlükəsiz girişini təmin etmək məqsədiləərazilərin minalardan təmizlənməsi işləri davam etdirilir”, — deyətəşkilatın baş direktoru Rafael Qrossi vurğulayıb.

Bundan əvvəl BAEA-dən bildirilib ki, Zaporojye Atom ElektrikStansiyası yalnız salamat qalmış yeganə elektrik ötürmə xəttindənasılı olduğu üçün kritik rejimdə fəaliyyət göstərir. Təşkilatehtiyat enerji təchizatının itirilməsi səbəbindən reaktorlarınsoyudulması ilə bağlı böyük risklərin olduğu barədə xəbərdarlıqetmişdi.

Qrossi Zaporojye AES-ə bu baxımdan “xüsusi statusun” verilməsinivacib hesab edir.

Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr