AZ

Çempionluq yolunda VACİB GÖRÜŞ “Sabah” “Qarabağ”a qalib gəlsə...

Bizim media portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bazar günü - martın 1-də Azərbaycan Premyer Liqasında çox vacib bir oyun olacaq. Belə ki, çempionluq üçün mübarizə aparan “Sabah” və “Qarabağ” komandaları Tofiq Bəhramov adına stadionda 22-ci turun oyununa çıxacaq. Oyunla bağlı Bizim.Media-ya açıqlama verən veteran futbolçumuz Mahmud Qurbanov qarşılaşmada komandaların şanslarını dəyərləndirib:“Çox maraqlı və vacib oyundur. Çempionluq uğrunda mübarizə aparan iki kollektiv üz-üzə gələcək.

 

Fikrimcə, oyun hər iki tərəf üçün vacibdir. Düzdür, “Sabah” 7 xal öndədir. Amma qarşıda hələ çoxlu oyun var. 

“Qarabağ” Çempionlar Liqasında mübarizəni başa vurduqdan sonra bütün diqqəti daxili çempionata yönəldəcək. Oyunda komandaların şanslarını bərabər qiymətləndirirəm. Futbolda hər şey ola bilər. Ancaq bir şey var ki, qalib gələn komanda çempionluq yolunda yaxşı addım atmış olacaq. “Sabah” qalib gələrsə xal fərqini artıracaq. “Qarabağ” bunu edərsə, xal fərqini azaldacaq. Bir sözlə qələbə hər iki kollektiv üçün çox vacibdir. Hesab edirəm ki, azarkeşlər çox maraqlı oyunun şahidi olacaqlar”.Qeyd edək ki, 21 oyunda 52 xal toplayan “Sabah” çempionatda birinci, 20 oyuna 45 xal qazanan “Qarabağ” isə ikinci pillədə qərarlaşıb.Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr