ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Rusiyanin Ukraynaya qarşı işğalçılıq müharibəsində daha bir azərbaycanlının itkin düşdüyü məlum olub.
“AzPolitika” xəbər verir ki, bu barədə hərbçi Tofiq Şahmuradov məlumat paylaşıb.
O qeyd edib ki, Cəlilabad rayon Bayxanlı kənd sakini Abbasov Mehdi Elçin oğlu Ukrayna-Rusiya müharibəsində itkin düşüb.
Abbasov Mehdi Elçin oğlu 2025-ci il aprelin 3-də Rusiya Silahlı Qüvvələrinin tərkibində Ukraynada gedən müharibəyə qatılmaq üçün müqavilə bağlayıb.
Ailəsi sonuncu dəfə onunla ötən il mayın 5-də əlaqə saxlıyıb və ondan sonra əlaqə kəsilib. Məlumata görə Abbasovun da daxil olduğu 15 nəfərlik qrup döyüşə girib. Həmin 15 nəfərin heç biri geri qayıtmayıb.
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.