AZ

“Ramiz Mehdiyevin ən az 3 4 milyard pulu var Sərdar Cəlaloğlu

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bloqer Səidə Bəkirqızına müsahibəsində AMEA-nın keçmiş prezidenti, hazırda dövlətə qarşı ağır cinayətlərdə ittiham olunaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Mehdiyevlə bağlı iddialar səsləndirib. Bildirib ki, bəzi yüksək vəzifəli şəxslərin topladığı vəsaitlərlə bağlı cəmiyyətdə ciddi suallar mövcuddur. 

Onun sözlərinə görə, əgər aşağı vəzifədə çalışmış şəxslər milyardlarla vəsait əldə edə biliblərsə, daha yüksək postlarda təmsil olunan məmurların maliyyə imkanları ilə bağlı da araşdırma aparılmalıdır.

S. Cəlaloğlu iddia edib ki, Ramiz Mehdiyevin vəzifəyə təyin etdiyi bəzi şəxslər milyonlarla vəsaitə sahib olublar - bəzilərinin 10–20 milyon, digərlərinin isə 300–400 milyon dollar həcmində sərvət topladığı bildirilir. 

O, bu kontekstdə Mehdiyevin özünün də milyardlarla vəsaitə sahib olması ilə bağlı fikirlər səsləndiyini vurğulayıb.

"Evindən çıxan 17 milyon Ramiz Mehdiyev üçün semiçka puludur. Onun vəzifəyə təyin etdiyi adamlar 10-20 milyon, bəziləri 300-400 milyon pul talayıb. Ramiz Mehdiyevin ən az 3-4 milyard pulu var", - deyə o, qeyd edib.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azpolitika.info

1Mənbələr