AZ

Ərdoğanın diplomu müzakirə mövzusu oldu – TANINMIR?

Ərdoğanın diplomu ilə bağlı müzakirələr yenidən gündəmdə gəlib.

KONKRET.az xəbər verir ki, Prezidentin nümayəndələri hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməsələr də, AKP-dəki mənbələr bildirirlər ki, Rəcəb Tayyib Ərdoğanın diplomu daha əvvəl yoxlanılıb və mövcud qanunvericiliyin tələblərinə tam uyğundur.

Baş verən insident Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifət arasında artan gərginliyi bir daha üzə çıxarıb. Ərdoğanın təhsili və diplomunun legitimliyi ilə bağlı iddialar zaman-zaman müxalif qüvvələr tərəfindən gündəmə gətirilir. Müxalifət bu kimi məsələlərdən prezidentin nüfuzuna zərbə vurmaq üçün istifadə edir. Hakimiyyət isə öz növbəsində Cümhuriyyət Xalq Partiyasını (CHP) yalan məlumat yaymaqda ittiham edir.

Məhkəmə prosesi 2026-cı ilin sentyabr ayına qədər təxirə salınıb. Bununla belə, hakimə etiraz (hakimin işdən kənarlaşdırılması tələbi) prosesin gələcək gedişinə təsir göstərə bilər.

Ekspertlərin fikrincə, diplomun ictimaiyyətə təqdim edilməməsi cəmiyyətdə spekulyasiyaların artmasına səbəb ola bilər. Xüsusilə mümkün seçkilər ərəfəsində bu məsələ siyasi müzakirələrin əsas mövzularından birinə çevrilə bilər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
11
konkret.az

1Mənbələr