AZ

Etibarlı aşağıkarbonlu enerji sistemlərinin qurulması qarşıdakı on il ərzində CAREC ölkələri üçün həlledici əhəmiyyət kəsb edəcək

Bakı. Trend:

Qarşıdakı onillik ərzində qlobal iqlim məqsədlərinə və dayanıqlıinkişaf prioritetlərinə uyğun etibarlı aşağıkarbonlu enerjisistemlərinin qurulması Mərkəzi Asiya Regional İqtisadi ƏməkdaşlıqProqramına (CAREC) üzv ölkələr üçün həlledici əhəmiyyət kəsbedəcək.

Bu barədə Trend“CAREC İnstitute”a istinadən xəbər verir.

Qeyd edək ki, CAREC proqramı iqtisadi artımın sürətləndirilməsivə yoxsulluğun azaldılması məqsədilə əməkdaşlıq edən 11 ölkə vəinkişaf tərəfdaşını birləşdirir. CAREC-ə üzv ölkələr bunlardır:Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistan.

“CAREC ölkələrinin enerji siyasəti və inkişaf planları “yaşıl”keçid prosesi ilə sıx bağlıdır. Lakin praktikada bu ölkələrinəksəriyyəti enerji tələbatının ödənilməsi üçün hələ də əsasən fosilyanacaqlardan asılıdır”. Bununla yanaşı, iqlim dəyişikliyi iləbağlı artan təzyiqlər bərpa olunan enerji mənbələrinin tətbiqinisürətləndirir.

Region üzrə “yaşıl” keçid sahəsində irəliləyiş səviyyəsi fərqliolsa da, CAREC ölkələri mərhələli şəkildə daha təmiz enerjisistemlərinə doğru irəliləyir.

Hesabatda vurğulanır ki, “yaşıl” keçid istiqamətində səylər hələdə qeyri-bərabərdir və sistem xarakterli problemlərlə məhdudlaşır.Türkmənistan və Əfqanıstan kimi ölkələr əhəmiyyətli beynəlxalqdəstəyə və daxili institusional islahatlara ehtiyac duyduğu halda,Qazaxıstan, Özbəkistan və Monqolustan enerji portfellərininşaxələndirilməsi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldəediblər.

“Zəngin hidroenerji resurslarına malik ölkələr aşağıkarbonluinkişaf üçün əlverişli mövqedə olsalar da, iqlim risklərinə qarşıhəssas olaraq qalırlar. Eyni zamanda, fosil yanacaq ixrac edənölkələr dekarbonizasiya ilə karbohidrogenlərdən iqtisadi asılılıqarasında çətin seçim qarşısında qalır”, - deyə CAREC İnstitutuvurğulayır.

Hesabatın yekununda bildirilir ki, siyasətlərinkoordinasiyasının gücləndirilməsi, investisiyaların səfərbərolunması, texnologiya transferinin təşviqi və inklüziv enerjiplanlaşdırmasının tətbiqi regionun enerji sisteminin uğurlutransformasiyası üçün həlledici əhəmiyyət daşıyır.

Məqalədə:
Seçilən
28
az.trend.az

1Mənbələr