AZ

Bu ölkələr İran neftini yenidən talamaq istəyir

Rusiya Qərb dövlətlərini İrana qarşı keçmişdə olduğu kimi, xüsusilə ölkənin neft yataqlarını istismar etmək məqsədi güdən siyasət yürütməkdə ittiham edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyanat yayıb.

O iddia edib ki, Amerika və Britaniya şirkətləri 1946-cı ildə İranın neft yataqlarını talan etməyə çalışıblar və bu vəziyyət indi də davam edir.

Zaxarova, Qərbin o zaman öz şantaj gündəmi çərçivəsində İran hökumətinə qeyri-məhdud həcmdə neft hasil etməsi üçün təzyiq göstərdiyini vurğulayıb. Onun sözlərinə görə, İran ətrafında mövcud vəziyyət 80 il əvvəlki ilə eynidir, sadəcə qlobal xarici siyasət mühitində əsaslı dəyişiklik baş verib.

İrana və digər ölkələrə qarşı təhdidlərə toxunan Zaxarova qeyd edib ki, Qərb ölkələri müstəmləkəçilik yolu ilə əldə etdikləri üstünlüklərdən imtina etmək istəmirlər, çünki hakimiyyətlərini qorumaq üçün bu təcrübələrə alışıblar.

Seçilən
10
1
publika.az

2Mənbələr