AZ

"Nüvə atəşkəsi" əldə olundu

Avropanın ən böyük nüvə stansiyası olan Zaporojye nüvə stansiyasının soyutma sistemlərini qidalandıran ehtiyat güc xətlərinin təmiri məqsədilə regional atəşkəs elan edilib. 

"Cebheinfo.az" xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) vasitəçiliyi ilə əldə olunan razılaşma təmir qruplarının təhlükəsizliyini təmin etməyi hədəfləyir.

Ukraynanın cənub-şərqindəki Zaporojye nüvə stansiyası ətrafında ehtiyat güc xətlərinin bərpası üçün Rusiya və Ukrayna qoşunları regional atəşkəsi qəbul ediblər. 

Beynəlxalq Atom Enerjisi Agentliyi vasitəsilə əldə olunan uzlaşma nüvə stansiyasını təmir edəcək heyətlərin təhlükəsizliyinə zəmanət verir. Bölgəyə girişi asanlaşdıracaq minalardan təmizləmə fəaliyyətləri də bu təhlükəsizlik tədbirlərinin bir hissəsi olub.

Rusiya və Ukrayna nüvə stansiyasının zərər görməsinin qarşısını alan enerji şəbəkəsinə edilən hücumlara görə bir-birlərini ittiham ediblər. Rusiyanın nəzarətində olan və Avropanın ən böyük obyekti sayılan stansiya, nüvə fəlakətinin qarşısını alacaq soyutma sistemləri üçün xarici enerjiyə ehtiyac duyur, lakin qarşılıqlı hücumlar enerji şəbəkəsini zədələyib.

Rusiya, Ukrayna və ABŞ arasındakı sülh danışıqlarının gələn ay başlaması gözlənilir. Ukrayna lideri Volodimir Zelenski gözlənilən görüşləri mətbuata qiymətləndirib.

Zelenski açıqlamasında "Real təhlükəsizlik zəmanətləri naminə indiyədək əldə olunan hər şeyi yekunlaşdırmalı, liderlər səviyyəsində görüş təşkil etməliyik. Bir çox problemi həll edə biləcək üsul budur. 

Günün sonunda liderlər əsas məsələlərdə qərar verəndirlər. Söhbət Rusiyadan gedirsə, bu reallıq digər ölkələrdən daha çox önəm kəsb edir", - deyib.

Seçilən
14
cebheinfo.az

1Mənbələr