AZ

CAREC ölkələrində yekun enerji istehlakı 2030-cu ilə qədər əhəmiyyətli dərəcədə artacaq

Bakı. Trend:

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramına (CAREC)üzv ölkələrdə yekun enerji istehlakının 2030-cu ilədək əhəmiyyətlidərəcədə artacağı gözlənilir və artım tempi ölkə və ssenaridənasılı olaraq fərqlənəcək.

Bu barədə Trend“CAREC İnstitute”a istinadən xəbər verir.

Çin istisna olmaqla, regionda enerji istehlakı təxminən 32% artabilər (2020-ci ildəki 204 milyon ton neft ekvivalenti (tne)səviyyəsindən enerji səmərəliliyi tədbirlərinin həyatakeçirilməsindən asılı olaraq 254–290 milyon tne- qədər).

Ən böyük artımın elektrik enerjisi və təbii qaz istehlakında,xüsusilə də yaşayış və sənaye sektorlarında olacağı gözlənilir.

“Business-As-Usual (BAU)” ssenarisində kömür və neftin payınınnisbətən sabit qalmasına rəğmən, “Government Commitments” və “GreenGrowth” ssenarilərində bu payın azalacağı proqnozlaşdırılır.Xüsusilə “Green Growth” ssenarisində kömürün payı 10%-dən 5%-ədüşür”, – hesabatda qeyd olunur.

Mütləq göstəricilərdə kömür istehlakı ümumi tələbin artmasısəbəbindən BAU ssenarisində artmaqda davam edir, lakin “GreenGrowth” ssenarisində kömürün təbii qazla əvəzlənməsi hesabınaazalır.

Çin də nəzərə alınmaqla, CAREC regionunda yekun enerjiistehlakının 2030-cu ilədək təxminən 10% artaraq 2,4–2,7 milyardtne-yə çatacağı proqnozlaşdırılır. Ən böyük artımın təbii qazdaolacağı gözlənilir – illik 3–4% artım tempi ilə ümumi istehlakın10–13%-ni təşkil edəcək. Elektrik enerjisinin payı da bütünssenarilərdə artır, neftə tələbat isə nəqliyyat ehtiyaclarısəbəbindən sabit qalır və ya mülayim artır. Kömür istehlakınınbütün ssenarilərdə azalacağı gözlənilir; bu, ilk növbədə Çininkömürdən istifadənin məhdudlaşdırılmasına yönəlmiş stratejitədbirləri ilə bağlıdır, baxmayaraq ki, elektrik enerjisiistehsalında kömürdən asılılıq davam edir.

Sektorlar üzrə baxdıqda, Çin istisna olmaqla CAREC ölkələrindəən sürətlə artan enerji istehlakçısı nəqliyyat sektorudur və2030-cu ilədək proqnozlaşdırılan orta illik artım tempi (CAGR) 3–4%təşkil edir. “Yaşayışvə sənaye sektorlarında enerji istehlakınındaha mülayim – illik təxminən 2–3% artacağı gözlənilir ki, bu daməqsədyönlü enerji səmərəliliyi tədbirlərinin təsirini əksetdirir”, – hesabat müəllifləri əlavə edirlər.

Çin də nəzərə alınmaqla, nəqliyyat və yaşayış sektorları enerjiistehlakının artımında əsas hərəkət verici qüvvələr olaraqqalmaqdadırlar və müvafiq olaraq 2–3% və 2–4% CAGRproqnozlaşdırılır.

Məqalədə:
Seçilən
11
az.trend.az

1Mənbələr