AZ

Epşteyn işi ndə Məsimovun adı hallanır Araşdırma başladı

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Qazaxıstanda bir sıra yüksək vəzifəli şəxslərin amerikalı maliyyəçi Ceffri Epşteynlə mümkün əlaqələri barədə ilkin araşdırma başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Berik Asılov jurnalistlərə danışıb.

Onun sözlərinə görə, sabiq baş nazir və Milli Təhlükəsizlik Komitəsinin keçmiş sədri Kərim Məsimov, həmçinin Mərkəzi Bankın sabiq rəhbəri Kayrat Kəlimbətov barəsində yoxlama aparılır.

“İlkin yoxlamaya başlamışıq. Epşteynin Qazaxıstana gəlib-gəlmədiyi araşdırılır. Kəlimbətovun xaricə səfər edib-etmədiyi məsələsi də əlavə olaraq yoxlanılacaq”, – deyə Asılov bildirib.

Qeyd edək ki, Kərim Məsimov 2023-cü ilin aprel ayında dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə cəhd və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Safura Bənnayeva

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
31
globalinfo.az

1Mənbələr