ABŞ administrasiyasının hərəkətləri Venesuela prezidenti Nikolas Maduronu konstitusiya ilə təmin edilmiş ədalətli məhkəmə hüququndan məhrum edir. Məhkəmə Karakasa müdafiə xərclərini ödəmək imkanı vermir.
Publika.az xəbər verir ki, bu barədə vəkil Barri Pollak bildirib.
"ABŞ hökumətinin davranışı yalnız Maduronun hüquqlarını pozmur, həm də məhkəmənin ədalətli mühakimə öhdəliyini zəiflədir", - deyə vəkilin bəyanatında qeyd olunub.
Pollak vurğulayıb ki, ABŞ hökuməti heç bir əsas olmadan Karakasa Maduronu müdafiə etməyə icazə vermir, halbuki Venesuela hökuməti bu xərcləri qarşılamaq öhdəliyinə malikdir.