Rusiya Pakistan və Əfqanıstan arasında birbaşa hərbi toqquşmaların ən yaxın vaxtlarda başa çatacağına ümid edir.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.
O, Rusiya prezidenti Vladimir Putinin Pakistanın Baş naziri Şahbaz Şəriflə təması üçün hazırlıqların getdiyini də deyib.
Qeyd edib ki, Kreml təmasın tarixini daha sonra açıqlayacaq.