BAKI, 27 fevral. TELEQRAF
Əfqanıstan silahlı qüvvələri Pakistanın hərbi obyektlərinə və nüvə mərkəzinə zərbələr endirib.
Teleqraf xəbər verir ki, bu barədə Əfqanıstanın media resursları məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində Pakistan tərəfində ciddi dağıntılar qeydə alınıb, ölənlərin və yaralıların olduğu bildirilir. Əfqan mənbələrinin iddiasına görə, hədəf alınan nöqtələr arasında ölkənin strateji əhəmiyyətli hərbi obyekti və nüvə mərkəzi də var.