Pakistan Baş naziri Şahbaz Şərif gələn həftə Rusiyaya səfər edəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, Senatın Müdafiə Komitəsinin sədri senator Müşahid Hüseyn Səid bunu təsdiqləyib.
"Pakistan Baş naziri gələn həftə Rusiya Federasiyasına səfər edəcək", - deyə o, Moskva-İslamabad Media Forumunda çıxışı zamanı bildirib.
Müşahid Hüseyn Səid Əfqanıstanla gərginliyə rəğmən Şahbaz Şərifin Rusiya Federasiyasına səfərinin təxirə salınmayacağını vurğulayıb.
Qeyd edək ki, ötən gündən etibarən Pakistan-Əfqanıstan sərhədində vəziyyət yenidən gərginləşib və hərbi toqquşmalar baş verib.
Mehman