AZ

Mühüm iclasa Trampın həyat yoldaşı rəhbərlik edəcək BMT tarixində ilk dəfə

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Milenia Trampın BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcəyini açıqlayıb. Bildirilib ki, bu, ABŞ-nin vəzifədə olan birinci xanımının Təhlükəsizlik Şurası toplantısına rəhbərlik etməsi baxımından tarixdə ilk hal olacaq.

Onun ofisinin yaydığı yazılı açıqlamada qeyd olunub ki, iclasda Şura üzvləri təhsil, texnologiya, sülh və təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

BMT-nin Baş katibinin sözçüsü Stefan Duyarric gündəlik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, aparılan yoxlamalara əsasən, bu hadisə BMT tarixində birinci xanımın Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi ilə bağlı ilk nümunədir.

O, əlavə edib ki, dövlət başçılarının həyat yoldaşlarının BMT çərçivəsində digər tədbirlərdə iştirak etməsinə dair nümunələr mövcuddur. Lakin Təhlükəsizlik Şurasının iclasına birbaşa rəhbərlik edilməsi indiyədək qeydə alınmayıb.

"AzPolitika.info"

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
37
azpolitika.info

1Mənbələr