AZ

Londonda azərbaycanlı rəssamların sərgisi açılıb

London, 27 fevral, AZƏRTAC

Londonda yerləşən “Gazelli Art House” qalereyasında “Qafqazdan nağıllar” (“Tales from the Caucasus”) adlı qrup sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə istedadlı rəssamlar Ülviyyə İman, Aqil Abdullayev, Fərhad Fərzəli, Ramina Səadatxan və Aiganym Mukhamejanın işləri nümayiş olunub. Sərgi çərçivəsində təşkil olunan özəl təqdimat zamanı qonaqlar rəssamların əsərləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Tədbir zamanı qonaqlar sərgidə Ülviyyə İman ilə ünsiyyət quraraq onun yaradıcılıq fəlsəfəsi, ilham mənbələri və əsərlərində əks olunan zəngin Qafqaz motivləri barədə ətraflı məlumat alıblar. Rəssamın işlərində regionun mədəni irsi, kollektiv yaddaşı və müasir incəsənət yanaşmaları xüsusi yer tutur.

Sərgi Britaniyada fəaliyyət göstərən Azərbaycan Qadınlar Assosiasiyası ilə tərəfdaşlıq çərçivəsində təşkil olunub. Tədbirin əsas məqsədi incəsənət vasitəsilə Azərbaycan mədəniyyətini tanıtmaq, icma üzvlərini bir araya gətirmək və mədəni dialoqu təşviq etmək olub.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Seçilən
11
4
azertag.az

5Mənbələr