AZ

Azərbaycanda geyim istehsalı 4% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar ayında geyim istehsalı artıb. Belə ki, ötən ay 19,8 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-cü ilin yanvar ayı ilə müqayisədə geyim istehsalında 3,9% artım müşahidə olunub.

Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 81,1 milyon manat dəyərində məhsul istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
4
banco.az

1Mənbələr