AZ

“Qarabağ” Azərbaycan futbolunda mütləq rekorda imza atıb

Yazını böyüt
Yazını kiçilt

“Qarabağ” UEFA Çempionlar Liqasında vurduğu qolların sayına görə rekorda imza atıb.

Peşəkar Futbol Liqasından Hafta.az-a bildirilib ki, Ağdam təmsilçisi 2025/2026-cı illər mövsümündə ümumilikdə 31 dəfə fərqlənib ki, bu da Azərbaycan klublarının bir mövsüm üçün mütləq rekordudur.

Cari mövsümdə Azərbaycan klubları avrokuboklarda 48 qol vurub. Bu da 2023/2024-cü illər mövsümündəki məhsuldarlıq rekordunun təkrarıdır. Bu qollardan 31-i məhz “Qarabağ”ın payına düşür.

Seçilən
12
9
hafta.az

10Mənbələr