Müğənni Aysel Teymurzadə bu günə qədər üzündə heç bir estetik prosedur etdirmədiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, ifaçı üzünə indiyə qədər heç bir iynə dəymədiyini iddia edib:
“Mən heç bir kosmetoloji prosedur etdirmirəm. Həm qorxuram, həm də düşünürəm ki, nəsə səhv olar və üzüm dəyişər. Yalnız masaj və maskalardan istifadə edirəm”.
Aysel Teymurzadə 2012-ci ildə pianoçu Murad Adıgözəlzadə ilə ailə həyatı qurmuşdu. Cütlük 2024-cü ildə boşanıb. Onların bu evlilikdən 3 övladı var.
Aydan Hacı
Telegram kanalımız