AZ

Abdullah Öcalan yeni müraciət yaydı: “Silahı yerə qoyun”

PKK terror qruplaşmasının Abdullah Öcalan ömürlük həbs cəzasını çəkdiyi İmralı həbsxanasından yeni müraciət yayıb.

“Yeni Sabah” Türkiyə mediasına istinadən xəbər verir ki, o, müraciətində demokratik siyasətin və birgəyaşayışın vacibliyini vurğulayıb.

A.Öcalan 2025-ci il fevralın 27-dəki çağırışını xatırladaraq, silahlı mübarizənin mənasızlaşdığını, şiddət və parçalanma siyasətindən demokratik siyasət və inteqrasiyaya keçidin mümkün olduğunu bildirib.

PKK rəhbəri türk və kürd birliyinin tarixi əhəmiyyətini önə çəkərək “kürtsüz türk, türksüz kürd olmaz” deyib və bu birliyin qorunmasının demokratik cəmiyyətin əsas prinsiplərindən olduğunu qeyd edib.

77 yaşlı A.Öcalan həmçinin barışın yalnız siyasi, sosial, iqtisadi və mədəni sahələrdə möhkəm hüquqi və memarlıq strukturu qurmaqla təmin edilə biləcəyini bildirib və demokratik inteqrasiyanın, barış qanunlarının və demokratik cəmiyyət modelinin əhəmiyyətini vurğulayıb.


Telegram kanalımız
Seçilən
9
yenisabah.az

1Mənbələr