Ermənistanın Baş naziri Nikol Paşinyan gələn həftə Gürcüstana səfər edəcək.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
O, səfər səbəbindən martın 4-də parlamentdə illik hesabatının təqdimatını təxirə saldığını qeyd edib.
Xatırladaq ki, Nikol Paşinyan sonuncu dəfə Gürcüstanda ötən ilin oktyabrında V Tbilisi İpək Yolu Forumunda iştirak məqsədilə işgüzar səfərdə olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta