AZ

Ödənişli yolda yalnız bu avtomobillər 130-la hərəkət edə biləcək - DETALLAR

Artıq ödənişli avtomagistrallarda sürət həddi ayrıca tənzimlənəcək. Dəyişikliyə əsasən, kütləsi 3,5 tona qədər olan yük avtomobilləri və minik avtomobilləri üçün sürət həddi saatda 130 km müəyyən edilib.

Day.Az xəbər verir ki, digər avtobuslar, qoşqu ilə hərəkət edən minik avtomobilləri və kütləsi 3,5 tondan artıq olan yük nəqliyyat vasitələri üçün isə bu göstərici saatda 90 kilometr olacaq.

Xatırladaq ki, ödənişli yollarda minik avtomobilləri üçün 1 kilometrə 9,3 qəpik, bütün yol üzrə isə 12 manat ödəniş nəzərdə tutulur. Kütləsi 3,5 tondan yuxarı olan yük avtomobilləri üçün ödəniş 1 kilometrə 11,6 qəpik, ümumilikdə isə təxminən 15 manatdır.

Avtobuslar bütün yol üzrə 10 manat ödəyəcəklər. Qoşqulu və yarımqoşqulu, o cümlədən 3-4 oxlu TIR-lar isə 25 manat ödəməlidirlər.

Elcan Turan
Day.Az

Seçilən
2
day.az

1Mənbələr