AZ

 ABŞ və İran arasında danışıqlarda nə baş verib? – ABŞ təkzib edir

Omanın xarici işlər naziri Bədr əl-Busaidi sosial media platforması X-də yazıb ki, Cenevrədə ABŞ və İran arasında danışıqlar “əhəmiyyətli irəliləyişlə” başa çatıb.

O əlavə edib ki, nüvə proqramı ilə bağlı texniki məsləhətləşmələr gələn həftə Vyanada keçiriləcək.

İranın XİN rəhbəri Abbas Əraqçi də danışıqlarda inkişafın olması haqda xəbər verib.

İranın xarici işlər naziri ABŞ ilə keçirilən nüvə danışıqlarını “indiyə qədər ən ciddi və uzunmüddətli danışıqlardan biri” adlandırıb.

Lakin The Wall Street Journal mənbələrə istinadən xəbər verir ki, Cenevrə danışıqları razılaşma olmadan başa çatdı və İran ABŞ-ın tələblərini rədd etdi.

İranın nüvə proqramı ilə bağlı son danışıqlar raundu razılaşma olmadan başa çatdı və ABŞ təzyiqi artıraraq sərt tələblər irəli sürərək bölgəyə daha çox təyyarə və hərbi gəmi göndərdiyindən hər iki tərəf əsas məsələlərdə razılığa gəlməkdən uzaqdır.

ABŞ İranın Fordo, Nətənz və İsfahandakı üç nüvə obyektinin sökülməsini və zənginləşdirilmiş uran ehtiyatının hamısının Vaşinqtona təhvil verilməsini tələb etdi. Tehran bu tələbləri rədd etdi.

Seçilən
3
veteninfo.az

1Mənbələr