AZ

WUF13-ə hazırlıq prosesi üzrə media brifinq keçirili

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıq çərçivəsində görülmüş işlərə dair media brifinq keçirilib.

Publika.az xəbər verir ki, brifinq iştirakçılarına sessiyaya hazırlıq prosesi çərçivəsində həyata keçirilən işlərə dair ən son məlumatlar, WUF13 saytı və mərkəzləşdirilmiş rezervasiya platforması təqdim olunub.

Media brifinqdə WUF13-ün Milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini Gülşən Rzayeva çıxış edərək bildirib ki, 13-cü Ümumdünya Şəhərsalma Forumunun Azərbaycanda keçirilməsi və 2026-cı ilin ölkədə “Şəhərsalma və Memarlıq İli” elan olunması vahid strateji yanaşmanın tərkib hissəsidir. Bu təşəbbüslər ölkənin şəhərsalma sahəsində prioritetlərini beynəlxalq platformada nümayiş etdirmək, regiona qlobal diqqəti artırmaq, həmçinin müzakirələri real və davamlı nəticələrə əldə etmək baxımından mühüm və unikal imkan yaradır. O vurğulayıb ki, Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Bakıda mənzil və şəhərsalma məsələlərinin ən yüksək siyasi səviyyədə müzakirəsinin təşkili bu sahənin qlobal gündəlikdə prioritet mövqe tutmasına və qərar qəbuletmə prosesində daha sistemli yanaşmanın formalaşmasına mühüm töhfə verəcək. Qeyd olunub ki, WUF13 “sadəcə bəyannamələr platforması deyil, mənzil təminatı və şəhər dayanıqlılığı sahəsində icra, tərəfdaşlıq və konkret addımlara yönəlmiş bir forum olacaq.”

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Bilik və Təbliğat Bölməsinin direktoru Edlam Yemeru WUF13-ün “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna toxunaraq bildirdi ki, tədbir çərçivəsində əsas diqqət təxminən 3 milyard nəfəri əhatə edən qlobal mənzil böhranına yönəldiləcək.

O, 2026-cı ilin qlobal şəhərsalma gündəliyi baxımından xüsusi əhəmiyyətini də qeyd etdi: “Bu il Ümumdünya Şəhərsalma Forumu sadəcə bir konfrans olmayacaq. Biz Yeni Şəhərsalma Gündəliyinin 10 illiyini qeyd etməklə yanaşı, DİM11-in dayanıqlı şəhərlər və icmalar üzrə irəliləyişini də nəzərdən keçirəcəyik. Bu, həyata keçirdiyimiz işlərin cari vəziyyətini qiymətləndirmək və gedişatı sürətləndirmək üçün imkan yaradacaq.”

Seçilən
18
4
publika.az

1Mənbələr