ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin İmmiqrasiya Xidmətinin əməkdaşları tərəfindən saxlanılan Kolumbiya Universitetinin azərbaycanlı tələbəsi Elmina Ağayeva azadlığa buraxılıb.
Bu barədə ABŞ KİV-ləri məlumat yayıb.
Qeyd olunur ki, Nyu-York meri Zohran Mamdani sosial şəbəkə hesabından etdiyi paylaşımda bildirib ki, o, məsələ ilə bağlı ABŞ lideri Donald Tramp ilə telefon danışığı aparıb. Onun sözlərinə görə, Ağayevanın saxlanılması ilə bağlı narahatlığını Ağ Evdə keçirilən görüş zamanı Prezidentə çatdırıb və Tramp tələbənin dərhal azad ediləcəyini bildirib.
Bir neçə saat sonra universitet də rəsmi açıqlama yayaraq tələbənin sərbəst buraxıldığını təsdiqləyib.
“Universitet olaraq tələbəmiz Elminanın azad edilməsindən məmnun və rahatıq. Əlavə məlumatı axşam saatlarında paylaşacağıq”, – deyə bəyanatda qeyd olunub.
Məlumata görə, 2026-cı ilin məzunu olan Elmina Ağayeva səhər saat 06:30 radələrində kampus yaxınlığındakı mənzilində saxlanılıb. O, saxlanıldıqdan sonra sosial mediada “DHS məni qanunsuz saxladı. Xahiş edirəm kömək edin” paylaşımı edib.
ABŞ Departmentindən isə bildirilib ki, E. Ağayeva Azərbaycandan olan qeyri-qanuni miqrantdır və onun tələbə vizası 2016-cı ildə dərslərə davam etmədiyi üçün ləğv edilib.
"AzPolitika.info"
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.