Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.
Çində Henan Kuangshan Crane şirkətinin rəhbəri Tsuy Peytszyun işçiləri üçün olduqca fərqli və səxavətli addım atıb.
Məlumata görə, o, Yeni il münasibətilə təşkil olunan tədbirdə masaların üzərinə ümumilikdə 26 milyon dollar nağd pul qoydurub və əməkdaşlarına “Nə qədər götürə bilirsinizsə, götürün” deyib.
Tədbir 7 min işçi üçün keçirilib və zalda təxminən 800 ziyafət masası qurulub. İşçilərin bəziləri minlərlə dollar pul götürərək tədbiri tərk ediblər. Hətta bir nəfərin təxminən 13 min dollar əldə etdiyi bildirilir.
Şirkət rəhbəri bununla kifayətlənməyərək əlavə hədiyyələr də təqdim edib. Sosial şəbəkə istifadəçiləri ona “ən çox pul paylayan müdir” kimi qeyri-rəsmi ləqəb veriblər. Peytszyun isə açıqlamasında bildirib ki, bu addımı işçilərinə dəstək olmaq üçün atır. Onun sözlərinə görə, əməkdaşlarının bir çoxu avtomobil və ipoteka kreditləri ödəyir və bu cür təşəbbüslər onların yükünü yüngülləşdirir.
Qeyd edək ki, şirkət rəhbərinin səxavəti bununla məhdudlaşmır. Ötən ilin mart ayında Beynəlxalq Qadınlar Günü münasibətilə şirkətdə çalışan təxminən 2 min qadın əməkdaşa ümumilikdə 230 min dollara yaxın vəsait paylanıb.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.