Cebheinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Kvebek hökumətinin məktəblərdə dini simvol qadağasını genişləndirən 94 saylı qanunu (Bill 94) Monreal və ətrafındakı məktəblərdə böyük işçi böhranına yol açıb.
"Cebheinfo.az" xəbər verir ki, 2025-ci ilin oktyabrında qəbul edilən və 2025-ci ilin martından etibarən tətbiq olunan qanun səbəbindən onlarla məktəb əməkdaşı işdən çıxarılıb, fəaliyyəti dayandırılıb və ya istefa verməyə məcbur edilib.
Monreal Məktəb Direktorları Assosiasiyası qanunun tam tətbiqi ilə birlikdə yüzlərlə işçinin işini itirmək təhlükəsi ilə üz-üzə olduğunu bildirib.
Assosiasiyanın sədri Ketlin Leqo, "Kadr çatışmazlığının zirvə həddinə çatdığı bir vaxtda, yerinə qoyacaq adamımız yoxkən yüzlərlə insandan bəhs edirik" deyərək vəziyyətin ciddiliyinə diqqət çəkib.
Əvvəllər yalnız müəllim və direktorlara şamil edilən dini simvol qadağası, 94 saylı qanunla məktəblərdə şagirdlərlə ünsiyyətdə olan bütün personalı əhatə edəcək şəkildə genişləndirilib.
Bu çərçivədə bufet işçiləri, məktəbəqədər təhsil mütəxəssisləri, repetitorlar və dəhliz nəzarətçilərinin də iş saatlarında dini simvollar (hicab, kipa, xaç və s.) daşıması qadağan edilib.
Hökumət qanun layihəsinin təqdim edildiyi 19 mart 2025-ci il tarixindən əvvəl vəzifədə olanlar üçün bir istisna tanıdı. Lakin bu tarixdən sonra işə girən və ya vəzifəsini dəyişən işçilər bu hüquqdan yararlana bilmirlər.
Bu vəziyyət illərdir sistemdə olan, lakin mart və oktyabr ayları arasında vəzifədə yüksələn və ya başqa məktəbə keçən təcrübəli kadrların da işdən çıxarılmasına səbəb olub.
Loranid bölgəsindəki bir məktəbdə fiziki məhdudiyyətli uşaqlarla məşğul olan tərbiyəçi Məryəm Qarnuqi hicabını çıxarmaqdan imtina etdiyi üçün fevral ayında işinə son verilən işçilərdən biridir.
Qarnuqi yaşadığı prosesi bu sözlərlə ifadə edib:
"Bağlandığım və mənə öyrəşmiş uşaqları qəfildən tərk etməyə məcbur edilirəm. Kimliyim, dəyərlərim və karyeram arasında qalmışam".
Qanunu hazırlayanlardan biri olan və hazırda iqtidardakı CAQ partiyasının liderliyinə namizəd olan Bernard Drenvil tənqidlərə kəskin cavab verib. Drenvil bu işçilərin iş saatlarında dini simvollarını çıxara biləcəklərini, lakin bunu etməməyi üstün tutduqlarını bildirərək, "Qanuna tabe olmamağa qərar verdilər, bu onların qərarıdır. Təəssüf ki, öz şəxsi seçimlərinin nəticələrinə qatlanmaq məcburiyyətindədirlər" deyib.
Müxalifət olan Kvebek Liberalları və "Québec Solidaire" (QS) partiyaları qanunu "ayrı-seçkilik" və "fəlakət" kimi xarakterizə edirlər.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.