AZ

AL: 1/8 final mərhələsinin püşkü atılır

Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Fanat.Az xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Bu mərhələdə Liqa mərhələsini ilk "8-lik"də başa vuran komandalar və pley-offun qalibləri mabrizəni davam etdirəcəklər.

Liqa mərhələsinin ilk "8-liy"i: "Olimpik Lion" (Fransa), "Aston Villa" (İngiltərə), "Midtyullann" (Danimarka), "Betis" (İspaniya), "Portu", "Braqa" (hər ikisi Portuqaliya), "Frayburq" (Almaniya), "Roma" (İtaliya).

Pley-off mərhələsinin qalibləri: "Genk" (Belçika), "Bolonya" (İtaliya), "Ştutqart" (Almaniya), "Ferentsvaroş" (Macarıstan), "Nottinqem Forest" (İngiltərə), "Selta" (İspaniya), "Lill" (Fransa), "Panatinaikos" (Yunanıstan).

Qeyd edək ki, 1/8-in ilk görüşləri martın 12-si, cavab oyunları isə 19-da baş tutacaq.

Seçilən
4
4
fanat.az

6Mənbələr