AZ

Krımda I Türkoloji Qurultayın 100 illiyi qeyd edildi

Krımda nəşr olunan Nenkecan jurnalının yeni sayı I Türkoloji Qurultayın 100 illiyinə həsr edilib.

Jurnalın redaktoru və baş yazarı Zera xanım Bəkirova I Türkoloji Qurultayda Krım tatar xalqını təmsil edən 8 şəxsiyyət – Bəkir Çobanzadə, Mahmud Nedim, Həsən Səbri Ayvazov, Həbibulla Odabaşı, İsmayıl Lemanov, Osman Akçokraklı, Şövqü Bektore, Yakub Kamal haqqında ətraflı məlumat təqdim edib.

Nəşrdə, həmçinin 1926-cı il fevralın 26-da Bakıda "İsmailiyyə sarayı"nda başlayan I Türkoloji Bakı Qurultayının tarixi, əhəmiyyəti və iştirakçıları barədə geniş məlumat yer alıb.

Fevralın 26-da "Nenkecan" qadın jurnalının təşəbbüsü ilə Krımın Ağməscid şəhərində qurultayın 100-cü ildönümü münasibətilə iftar süfrəsi təşkil olunub. Tədbirdə 1937–38-ci illərdə repressiyaya məruz qalan qurultay nümayəndələrinin xatirəsi ehtiramla yad edilib.

Seçilən
10
publika.az

1Mənbələr