AZ

Tolik Space dən getdi VİDEO

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Tarix Əliyev (Tolik) Space TV-də yayımlanan “Tarixin bir günü” verilişinin bağlandığını açıqlayıb.

Lent.az xəbər verir ki, aparıcı bu barədə özü canlı efir zamanı deyib.

O, tamaşaçıları ilə vidalaşaraq sözügedən verilişdən ayrıldığını bildirib.

“Bir ildən artıqdır ki, “Space TV”də “Tarixin bir günü” verilişi aparıram və qanun pozuntusu olmayıb. Aparıcılıqdan getmək haqqında ərizə verəndə vicdanım rahatladı. Əsəblərimə hakim olmamağım, emosional fikir bildirməyim bu böyük kanalın uğuruna ləkə gətirə bilməz. Bu özümə verdiyim bir cəzadır.

Amma bir daha buradan da bildirirəm: özünüzdən kiməsə qəhrəman çıxarmayın. Heç kim birləşib mənim verilişimi bağlamayıb. Bu qərarı mən özüm, öz istəyimlə vermişəm.

Buradan Vado müəllimə təşəkkür edirəm. Həmçinin Audiovizual Şura-ya da təşəkkürümü bildirirəm ki, bəzi insanlara göstərdi — danışığınız sizə qalır , verliş qanun pozuntusu etməyib .

Mən bu addımı şüurlu şəkildə atdım. Çünki kiminsə tərbiyəsizliyinə emosional cavab verdiyim üçün çalışdığım kanalı nüfuzdan sala bilmərəm. Bu kanal bundan sonra da daha böyük uğurlara imza atacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
lent.az

1Mənbələr