AZ

Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı beynəlxalq elmi konfrans keçirilir

Bakıda "Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultaydan 100 il ötür.

Bu konfransın yenidən Bakıda keçirilməsi ortaq tarixi köklərə və milli-mənəvi dəyərlərə malik olan türk xalqlarının bu gün qarşılıqlı əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsi üçün böyük perspektivlər açır.

Konfrans Azərbaycan Milli Elmlər Akademiyasının İstiqlaliyyət küçəsindəki Böyük Akt Zalında baş tutur. Yüz il əvvəl də Birinci Türkoloji Qurultay fevralın 26-dan martın 6-dək İstiqlaliyyət küçəsində - Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin indiki binasında həmin Böyük Akt Zalında keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 2025-ci il 22 oktyabr tarixində sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün Birinci Türkoloji Qurultaya ev sahibliyi edib.

Konfransda Türkiyə, Şimali Kipr, Türkmənistan, Özbəkistan, Qazaxıstandan nümayəndələr iştirak edəcək.

Xatırladaq ki, bu Qurultayın 80, 90 illik yubileyləri də Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən yüksək səviyyədə qeyd olunub.

Seçilən
1
8
bakivaxti.az

9Mənbələr