ABŞ-nin Yaxın Şərqdəki Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Donald Trampa İrana qarşı potensial hərbi variantları təqdim edib.
"Yeni Sabah" ABC News-a istinadla xəbər verir ki, bu barədə müzakirələrlə tanış olan 2 mənbə danışıb.
Görüşdə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri və prezidentin baş hərbi müşaviri general Den Keyn də iştirak edib.
Regiondakı qüvvələrin baş komandanının brifinqi Amerika və İran rəsmilərinin Cenevrədə İranın nüvə və raket proqramları ilə bağlı danışıqlar apardığı gün baş tutub.
İranın xarici işlər naziri Abbas Əraqçi irəliləyiş əldə edildiyini və "texniki danışıqların" gələn həftə Vyanada davam edəcəyini bildirib.
Telegram kanalımız