AZ

Qazaxıstan "Lukoil" şirkətinə məxsus aktivləri almaq üçün müraciət etdi

Qazaxıstanın Energetika Nazirliyi ABŞ-nin Maliyyə Nazirliyinin bir hissəsi olan Xarici Aktivlərə Nəzarət İdarəsinə (OFAC) Astananın sanksiya tətbiq edilən "Lukoil" şirkətinə məxsus aktivləri almaq üçün müraciət edib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalistlərə energetika naziri Erlan Akkenjenov məlumat verib:

"Hələlik heç bir cavab verilməyib və heç bir cavab tələb olunmur. Bu, aktivlərin satışı ilə bağlı suallar yaranarsa, respublikanın qanuna uyğun olaraq öz preventiv hüququndan istifadə etmək hüququna malik olduğuna dair bildiriş idi", - deyə o bildirib.

Seçilən
5
teleqraf.com

1Mənbələr