AZ

ABŞ dan Xamenei haqda proqnoz: iki yolu var 36 il öncəyə işarə

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“İranda rejim dəyişikliyi Berlin divarının dağıdılması effektini verər”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ senatoru Lindsi Qrem deyib.

“Tarixin hər addımımızı izlədiyinə qəti şəkildə inanıram. Həyatlarını təhlükəyə atan etirazçılara yardım göndərməyi davam etdirsək, 21-ci əsrin “Berlin Divarı” hadisəsini yaşayacağıq. O vaxtkı ABŞ Prezidenti Ronald Reyqanın kommunizmlə üzləşmək əzmi Sovet İttifaqı dağılanda dünya üçün öz bəhrəsini verdi”, – deyə o bildirib.

Qrem qeyd edib ki, İranda rejim dəyişikliyinə də ümid edir:

“Bu, iki yolla baş verəcək: ya mövcud rejim öz metodlarını dəyişəcək – məncə, bu, ehtimal ki, azdır . Ya da rejim süqut etdikdən sonra İran xalqı hakimiyyəti öz əlinə alacaq”.

Xatırladaq ki, 12 iyun 1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan Berlinin 750 illiyi ilə bağlı Branderburqda çıxışı zamanı Mixail Qorbaçovu divarın sökülməsinə səsləyib. Qorbaçov isə Reyqanın təklifinə razılıq verib.  9 noyabr 1989-cu ildə Almaniya Demokratik Respublikasının hökuməti Almaniya Federativ Respublikası əhalisi ilə təmasa qoyulmuş məhdudiyyəti aradan qaldırmaq qərarını qəbul edib.

ADR hökuməti kütləvi xalq çıxışlarının təzyiqi ilə 1989-cu il noyabrın 11-də Qərbi Berlinlə əlaqə məhdudiyyətlərini aradan qaldırıb, 1990-cı il iyulun 1-də isə sərhəd nəzarətini tamamilə ləğv edib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
globalinfo.az

2Mənbələr