ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp 2 martda keçiriləcək BMT Təhlükəsizlik Şurasının iclasına ilk dəfə sədrlik edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Valts sosial şəbəkədə məlumat verib.
O bildirib ki, Melaniya Tramp Amerika Birləşmiş Ştatlarının birinci xanımı kimi ilk dəfə Təhlükəsizlik Şurasına sədrlik edəcək.
ABŞ-ın birinci xanımı “Facebook” səhifəsində məlumatı təsdiqləyib.
Melaniya Trampın ofisi onun iclasda "Uşaqlar, Texnologiya və Münaqişədə Təhsil" mövzusunda çıxış edəcəyini açıqlayıb.
“Fox News” qeyd edib ki, bu, ABŞ-ın BMT Təhlükəsizlik Şurasına rotasiya qaydasında sədrliyi çərçivəsində baş tutacaq və tarixdə ilk dəfə olacaq.
Qeyd edək ki, Melaniya Tramp əvvəllər Rusiyanın Ukraynaya qarşı hər əməliyyatları zamanı Rusiya tərəfindən qaçırılan ukraynalı uşaqların Kiyevə qaytarılmasını müdafiə etmişdi.
Bizim.Media