
Cenevrədə ABŞ və İran arasında nüvə proqramı ilə bağlı keçirilən növbəti danışıqlar mərhələsi razılaşma olmadan yekunlaşıb.
Missiya.Az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, tərəflər əsas məsələlər üzrə razılığa gələ bilməyiblər. ABŞ İranın Fordo, Nətənz və İsfahan nüvə obyektlərinin ləğvini, eləcə də zənginləşdirilmiş uran ehtiyatlarının təhvil verilməsini tələb edib.
Tehran isə uran ehtiyatlarının ölkədən çıxarılmasını və zənginləşdirmənin tam dayandırılmasını rədd edib.
Bildirilib ki, tərəflər danışıqları davam etdirmək niyyətindədir. Texniki səviyyədə növbəti görüşün Vyanada keçirilməsi gözlənilir.
Qeyd olunub ki, müzakirələr ABŞ Prezidenti Donald Tampın razılaşma əldə olunmayacağı halda tədbirlər görüləcəyi barədə bəyanatları fonunda baş tutub.
Seyranə QuliyevaMissiya.Az