AZ

“Həkimlərin sayının əhaliyə nisbətdə olduqca azdır...”

Qafqazinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Məruzədə xüsusi diqqətəlayiq olan hissə həkim çatışmazlığı ilə bağlı statistikaya diqqətin çəkilməsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsinin müzakirəsi zamanı komitə sədri Zahid Oruc bildirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir: “Belə ki, Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” adlı hesabatına əsasən, 2025-ci ilin əvvəlinə Bakı şəhəri üzrə əhalinin hər 10 min nəfərinə düşən həkim sayı Bakı şəhəri üzrə 101.7, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 24.5, Naxçıvan iqtisadi rayonu üzrə 14.9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 13.0 nəfər, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10.8, Lənkəran-Astara iqtisadi rayonu üzrə 9.7, Mil-Muğan iqtisadi rayonu üzrə 8.6 nəfər təşkil edir. Xüsusilə də Daşkəsən (8 nəfər), Gədəbəy (61 nəfər), Ucar (55 nəfər), Zərdab (47 nəfər), Yardımlı (39 nəfər) və Lerik (38 nəfər) rayonlarında həkimlərin sayının əhali sayına nisbətdə olduqca az olması və ixtisaslı kadr çatışmazlığı narahatlıq doğurur. Bu vəziyyət “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş tibbi-sosial yardımın hamı üçün mümkünlüyü prinsipinin, habelə vətəndaşların keyfiyyətli və bərabər tibbi yardım almaq hüququnun həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir”.

Nuranə Daxilqızı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
qafqazinfo.az

2Mənbələr