AZ

Kanadada onlarla məktəb işçisi işdən çıxarıldı

Kvebek hökumətinin məktəblərdə dini simvol qadağasını genişləndirən 94-cü Qanunu, Monreal və ətrafındakı məktəblərdə böyük məşğulluq böhranına yol açıb.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, oktyabr 2025-də qəbul edilən qanun, Mart 2025-dən geriyə dönük tətbiq olunur və nəticədə bir çox məktəb işçisi işdən çıxarılıb, vəzifəsindən azad edilib və ya istefa edib.

Monreal Məktəb Direktoru Assosiasiyası, qanunun tam tətbiqi ilə daha yüzlərlə işçinin işini itirəcəyini bildirib. Qanun əvvəllər yalnız müəllimləri və direktorları əhatə edirdisə, indi məktəblərdə şagirdlərlə əlaqədə olan bütün personalı – yeməkxana işçiləri, uşaq bağçası müəllimləri və məsləhətçiləri – əhatə edir.

Hökumət qanun layihəsinin təqdim edildiyi mart ayından əvvəl vəzifə tutan işçilər üçün bir istisna tətbiq edib, lakin mart və oktyabr arasında vəzifə dəyişdirən və ya yeni işə başlayanlar bu imkandan yararlana bilmir.

Müxalifət, qanunu "irqi ayrımçılıq" və "fəlakət" olaraq qiymətləndirib, istisna tarixinin oktyabr əvəzinə mart ayına çəkilməsini tələb edir. Hökumət, işçilərin dini simvollarını iş saatları ərzində çıxara biləcəklərini, amma etməməyi seçdiklərini bildirib.

Seçilən
3
azedu.az

1Mənbələr