ABŞ-nin birinci xanımı və Donald Trampın həyat yoldaşı Melaniya yaxın günlərdə BMT Təhlükəsizlik Şurasının iclasına sədrlik edəcək. Bu, martın 2-də baş tutacaq.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts sosial mediada məlumat verib.
"Məlum olduğu kimi, ABŞ tezliklə BMT Təhlükəsizlik Şurasının rotasiyalı sədrliyini öz üzərinə götürəcək. Lakin bu, sessiyaya hazırkı prezidentin həyat yoldaşı sədrlik edəcək. Bu, ilk dəfə olacaq", - o, qeyd edib.